Ana Rusiya, sağ ol ki, əl-ayağımızı yığdın – İsrailli müəllif

Rusiya Suriyaya S-300 zenit raket kompleksləri verməklə İsraili cilovlaya bildi.

Bu barədə İsrailin "Haaretz" nəşrində Levinin köşə yazısı dərc olunub.

Jurnalistin sözlərinə görə, İsrail son illərdə nəzarətdən çıxaraq digər ölkələri bombardman edir, Rusiya isə İsrailə onun təsir gücünün sərhədsiz olmadığını və ABŞ-ın həmişəlik onu qoruya bilməyəcəyini xatırlatdı.

"Ana Rusiya, çox sağ ol ki, çoxdandır heç kimin sakitləşdirmədiyi uşağın əl-ayağını yığırsan", - Levi bildirib.

Müəllifin sözlərinə görə, bu cür məhdudiyyətlər İsrail üçün hava-su kimi vacibdir. Çünki son zamanlarda onun ölkəsi nəzarətdən çıxaraq Suriyanı sərbəst şəkildə bombalayıb. Rusiya isə Suriyaya S-300 sistemləri verməklə rəsmi Təl-Əvivə elə onun anlayacağı dildə cavab verib

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31