Nikolun arvadından “sülh” təxribatı: Onları Qarabağa gətirir
28 Sentyabr 2018 15:50 DünyaErmənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyan Azərbaycanın işğal edilmiş ərazisi olan Qarabağa "Sülh naminə qadınlar" humanitar aksiyası çərçivəsində onlarla rusiyalı qadını gətirtmək niyyətindədir.
Bu barədə məlumatı Akopyanın mətbuat xidməti yayıb.
"Onlar oktyabrın 5-də Ermənistana, 6-da isə Anna Akopyanın müşayiəti ilə Qarabağa gedəcəklər. Bu qadınlar bütün konflikt tərəflərinə ünvanlanan sülh çağırışı edəcəklər", - deyə məlumatda bildirilib.
Ermənistan mətbuatı Akopyanın dəvətiylə Ermənistana gələcək qadınlar arasında məşhur rusiyalı yazıçılar, publisistlər, ictimai fondların rəhbərləri, idmançılar və siyasətçilərin olacağını bildirib. Bu şəxslərin Qarabağda qondarma rejimin rəhbəri Bako Saakyanla da görüşü nəzərdə tutulub.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31