Heyli Maduroya qarşı aksiyaya qoşuldu: "Savaşacağıq"

BMT-nin binası qarşısında Venesuela Prezidenti Nikolas Maduro əleyhinə venesuelalılar etiraz aksiyası keçiriblər.

Etirazçılar Maduronu istefaya səsləyiblər. Etirazçılar sırasına ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Nikki Heyli də qatılıb.

Aksiya zamanı meqafonu əlinə götürən Heyli "Biz Venesuela üçün savaşacağıq və biz bunu Maduro hakimiyyətdən gedənə qədər davam etdirəcəyik" ifadələrini səsləndirib:

"Bizə lazımdır ki, sizin səsiniz yüksəkdən gəlsin. Sizə deyirəm ki, səsiniz yüksək gəldikcə, ABŞ da öz səsini qaldıracaq. Mən Kolumbiya sərhədində iqtisadi böhrandan qaçan milyonlarla venesuelalı görmüşəm. Maduro yaxşı restoranlarda qidalandığı zaman ərzində heç kim belə yaşamamalıdır".

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31