Tramp: Türkiyə özünü pis aparır

Rahib Endryu Bransonu saxlayan Türkiyə "dostcasına" davranmır.

Olaylar.az  Oxu.Az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə ABŞ prezidenti Donald Tramp deyib. 

"Hesab edirəm ki, Türkiyə özünü çox pis aparır. Biz buna dözmək niyyətində deyilik. Məsələ hələ bitməyib", - dövlət başçısı bildirib.

Qeyd edək ki, bu gün İzmir məhkəməsi terrorçulara yardım etməkdə ittiham olunan amerikalı rahib Endryu Bransonu ev dustaqlığından azad etməyib.

Bu, Bransonun vəkilinin məhkəmənin qərarının dəyişdirilməsinə göstərdiyi sayca üçüncü cəhddir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31