Türkiyədə hakim partiyanın üzvləri yol qəzasına düşdülər: 5 ölü, 18 yaralı

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qadınlardan ibarət heyətini daşıyan avtobus Van şəhərindən Ankaraya gedən zaman  minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində 5 nəfər həlak olub, 18 nəfər yaralanıb.

Məlumata əsasən, ölənlərin hamısı minik avtomobilində, yaralananlar isə avtobusda olublar.

AKP heyəti Ankaraya avqustun 18-nə nəzərdə tutulan tədbirə gedirmiş.

/Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31