Turistlərin olduğu körpü selfi səbəbində uçdu - 10 nəfər suya düşdü

Çinin Xunan əyalətində piyada körpüsü uçub.

Olaylar.az Yenicag.az-a  istinadən xəbər verir ki, Duntsyanxu su anbarının üzərindən keçən piyada körpüsünün uçmasına səbəb turistlərdən birinin selfi çəkməsi olub.

Turistlərdən biri körpünün girişində selfi çəkməsinin tıxac yaranmasına və izdihama səbəb olduğu bildirilib. Məlumata görə bununla da körpü ağırlığa dözməyək uçub.

Nəticədə 10 nəfər suya düşüb, 4-ü isə yüngül xəsarət alıb.

Yerli hakimiyyət dairələri hadisənin səbəblərini araşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31