Trampdan Türkiyə ilə bağlı yeni TVİT: "Bransonun azad olması üçün..."
17 Avqust 2018 09:11 DünyaAmerika rahib Bransonun azad olması üçün Ankaraya heç nə ödəməyəcək.
Olaylar.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp bildirib.
"Biz günahsız insanın azad olması üçün Ankaraya heç nə ödəməyəcəyik, amma Türkiyəyə xərcləri azaldacağıq", - prezident tvitterdə yazıb.
Ağ Evin başçısı həmçinin, Türkiyəni uzun müddət öz maraqları üçün ABŞ-dan istifadə etməkdə ittiham edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31