Böyük Britaniya kraliçasının həkimi yol qəzasında həlak oldu

Böyük Britaniya kraliçası II Elizabetin həkimi yol qəzasında həlak olub.

67 yaşlı Piter Fişer Londonun mərkəzi hissəsində velosipedlə hərəkət edərkən yük maşını ilə toqquşub.

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

Bukingem sarayının nümayəndələri hadisə barədə kraliçanın məlumatlandırıldığını bildiriblər.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31