Rusiya yeni ölümcül silahını göstərdi

Kazanda (Tatarstan Respublikası, Rusiya Federasiyası) Tu-22M3M uzaq məsafəli bombardmançı təyyarənin nümayişi baş tutub.

Rusiya ordusunun bu bombardmançısı uzaq, orta və yaxın məsafədən yerüstü və dəniz hədəflərini məhv etməyə qadir Tu-22M3 raketdaşıyanının müasirləşdirilmiş versiyasıdır.

Təyyarə yeni gəmi əleyhinə raketlərlə təchiz olunub, onun əsas vəzifəsi isə düşmənin aviadaşıyıcı qrupları ilə mübarizədir. 

Təqdimatdan sonra Tu-22M3M təyyarəsi yerüstü və hava sınaqlarının aparılması üçün təqdim olunacaq. Yeni təyyarə 2012-ci ildə Rusiya Hərbi-Hava Qüvvələrinin silahlanmasına daxil olacaq. 

Müəlliflər qeyd edirlər ki, Tu-22M3M yalnız xarici görünüşü ilə sələfinə bənzəyir. Daxildə isə o, prinsip etibarilə tamamilə başqa təyyarədir, yeni sistemlərlə təchiz olunub, başqa imkanlara, qüvvəyə malikdir.

Qeyd edək ki, indiyədək Rusiya ordusu Tu-22M3 təyyarəsindən Suriyada yaraqlıların mövqelərinə zərbə endirmək üçün istifadə edib. Rusiya ərazisindən havaya qalxan bu təyyarələr İran və İraq üzərindən uçaraq, terrorçulara qrup zərbələri endiriblər.

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31