Dünyadakı şirkətlərin 27%-i süni intellekt texnologiyalarından istifadə edir

ABŞ-ın "Microsoft" korporasiyası bəyan edib ki, hazırda dünyadakı şirkətlərin 27%-i süni intellekt texnologiyalarından istifadə edir.

Bu barədə korporasiyanın hesabatında bildirilir. 

Sənədə əsasən, şirkətlərin 46%-i sözügedən texnologiyaların tətbiqi ilə bağlı pilot layihələr hazırlayır. 

Araşdırmalar onu da göstərir ki, süni intellekti lazımsız hesab edən şirkət rəhbərlərinin sayı da getdikcə azalır. Rəhbər şəxslərin 94%-i bu texnologiyaların biznes üçün faydalı və gələcəkdə yeni həllərin, savadlı kadrların şirkətdə saxlanması üçün əvəzolunmaz olduğunu düşünür. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31