"Ərdoğanın az vaxtı qalıb, dərhal qayıtmalıdır" - Alman KİV

Bir çox iqtisadçının fikrincə, Türkiyədə iqtisadi artım templərinin zəifləməsinin (resessiya) qarşısını almaq mümkün deyil.

Bu iddia ilə Almaniyanın "Süddeutsche Zaytunq" nəşri çıxış edib.

"Önəmli olan bu resessiyanın nə vaxt gələcəyi, nəzarətdə saxlanıla bilməsi və yumşaq keçib-keçməməsidir. Ərdoğan gözləsə, resessiya gecikə bilər, ancaq nəticəsi çox ağır olar. Daralmanı yumşalda bilməsi üçün Ərdoğanın indiyə qədər etdiklərinin tam əksini etməsi lazımdır. Valyuta siyasətinə qarışmamalı və dövlətə daha az pul xərclətməlidir. Əvvəllər uğurla həyata keçirdiyi iqtisadi islahatlara geri dönməlidir. Mərkəzi Bank isə faizləri güclü şəkildə artırmalı və etibarlı mühit yarada bilmək üçün Türkiyə Beynəlxalq Valyuta Fondundan dəstək krediti istəməlidir.

Ərdoğanın fikrini dəyişdirməsi üçün çox vaxtı qalmayıb. Dollarla alınan borcların vaxtı çatmadan böhran planı hazırlanmalıdır, yoxsa vəziyyət pisləşə bilər", - nəşr bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31