Genuyada körpünün çökməsi nəticəsində 20 nəfərin itkin düşdüyü güman olunur

İtaliyanın Genuya şəhərində avtomobil körpüsünün çökməsi nəticəsində itkin düşən insanların sayı 20 nəfərə qədər arta bilər.

Bu barədə şəhərin baş prokuroru Françesko Kotsi bildirib.

Onun sözlərinə görə, körpünün çökməsi təsadüf yox, həmin ərazinin bərbad vəziyyətdə olmasının nəticəsidir. F.Kotsi vurğulayıb ki, hadisə yalnız insanların günahı ucbatından baş verib. 

Xatırladaq ki, iyulun 14-də Genuyada avtoban üzərindəki körpünün 200 metrlik hissəsi anbar obyektləri və dəmir yolu xətlərinin üzərinə çöküb. Hadisə zamanı körpüdə 30-dan çox avtomobil olub. Hadisə nəticəsində 38 nəfər ölüb, 15 nəfər yaralanıb.

Qəza yerində axtarış-xilasetmə işləri davam etdirilir.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31