ABŞ-da 343 qəzet Trampa qarşı birləşdi
16 Avqust 2018 15:14 DünyaABŞ prezidenti Donald Trampın dəfələrlə medianı təhqir etməsinə cavab olaraq 343 qəzet birləşərək ortaq mövqe nümayiş etdiriblər.
"Boston Globe" media holdinqinin çağırışı ilə həmin qəzetlər bugünkü nömrələrində Trampın sözlərinə cavab yazıları yayımlayıblar.
"Post-Dispatch" qəzeti jurnalistləri "Vətənsevərlərin ən düzgün olanları", "Chicago Sun Times" qəzeti amerikalıların Trampın axmaqlıqlarının fərqində olduğunu, "N.C Observer" qəzeti "Nəfəsimizi saxlamayacağıq" kimi başlıqlar istifadə ediblər.
Qeyd edək ki, Tramp ABŞ mediasını yalan xəbər istehsal mərkəzi, jurnalistləri isə "xalq düşməni" adlandırmışdı.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31