Avstraliyanın cənub-şərqində meşə yanğınları tüğyan edir
16 Avqust 2018 15:10 DünyaAvstraliyanın cənub-şərqində yerləşən Yeni Cənubi Uels ştatında tüğyan edən meşə yanğınlarını söndürmək üçün 650 yanğınsöndürən, təyyarələr və helikopterlər cəlb edilib.
Bu barədə yerli yanğınsöndürmə xidmətinin "Twitter" səhifəsində məlumat yayılıb.
Qeyd edilir ki, ştatın ərazisində 81 yanğın nöqtəsi qeydə alınıb və bunlardan 38-ni hələlik lokallaşdırmaq mümkün olmayıb.
Xidmətdən bildirildiyinə görə, güclü külək yanğının söndürülməsinə ciddi çətinliklər yaradır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31