Qeyri-sabit hava şəraitinə görə Kiyev aeroportunda bəzi reyslər təxirə salınıb

Ukraynada avqustun 15-dən 16-a keçən gecə qeyri-sabit hava şəraitinə görə Kiyevdəki "Julyanı" aeroportunda bir neçə reys təxirə salınıb.

Kiyev-Neapol və Berqamo-Kiyev reysləri təxirə salınıb. Digər reyslərin uçuşu isə gecikir.

Qeyd edək ki, avqustun 15-dən 16-na keçən gecə Kiyevdə dolu və qasırğa ilə müşahidə edilən hava şəraiti hökm sürür.

AZƏRTAC 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31