İtaliyada göyərtəsində turistlərin olduğu təyyarə qəzaya uğrayıb
16 Avqust 2018 14:54 Dünyaİtaliyanın şimalında göyərtəsində turistlərin olduğu iki nəfərlik "PA-18" təyyarəsi qəzaya uğrayıb.
Hadisə Trevizo şəhəri ərazisində qeydə alınıb.
Təyyarə havaya qalxarkən kabel qovşağına çırpılıb. O, yanaraq Pyava çayına düşüb. Nəticədə hər iki sərnişin ölüb. Hadisə yerinə gələn yanğınsöndürənlər onların meyitini təyyarənin qalıqları altından tapıblar.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31