Hondurasda quraqlıqla əlaqədar fövqəladə vəziyyət elan olundu
16 Avqust 2018 14:32 DünyaHondurasda quraqlıqla əlaqədar bölgələrin birində fövqəladə vəziyyət elan edilib.
Ölkənin şimalında, Salvadorla sərhəddə yerləşən bölgədə uzun müddətdir ki, quraqlıq davam edir.
1 milyona yaxın sakinin yaşadığı bölgədə quraqlıqdan 325 minə yaxın sakin əziyyət çəkib.
Ölkə hökuməti quraqlıq zonasında su anbarlarının tikilməsi üçün 4,1 milyon dollar malyyə vəsaiti ayırıb. Bundan başqa, Honduras yardım üçün beynəlxalq ictimaiyyətə müraciət edib.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31