Trampdan qərar: Brennan dövlət sirrindən məhrum edildi
16 Avqust 2018 14:20 DünyaABŞ Prezidenti Donald Tramp MKİ-nin keçmiş rəhbəri Con Brennanı məxfi informasiyalar əldə etmək hüququndan məhrum edib.
Bu barədə Ağ Ev sözçüsü Sara Sanders danışıb.
Onun sözlərinə görə, prezident eyni zamanda FTB-nin keçmiş sədri Ceyms Komi, milli kəşfiyyatın keçmiş rəhbəri Ceyms Klepperi, MKİ-nin keçmiş rəhbəri Maykl Haydeni, Barak Obamanın milli təhlükəsizlik məsələləri üzrə keçmiş müavini Süzan Raysı, MKİ-nin keçmiş direktor müavini Endryu Makkeybi və keçmiş baş prokuror Salli Yeytsi də dövlət sirrinə malik olmaq hüququndan məhrum etmək istəyir.
Qərara reaksiya verən Brennanın sözlərinə görə, Tramp söz azadlığını məhdudlaşdıraraq, öz ünvanına söylənmiş tənqidləri sona çatdırmaq istəyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31