Türkiyə ilə bağlı proqnoz: "Yenidən başlayacaq…"

Türkiyə ilə ABŞ arasındakı ticarət müharibəsində son günlər lirənin dollar qarşısında nisbi yüksəlişi müvəqqəti xarakter daşıyır.

Bu barədə "Blumberq" nəşrinin Türkiyədə-ABŞ ticarət müharibəsi haqqında dərc etdiyi təhlildə qeyd olunub.

"Bu rahatlıq müvəqqətidir. Səbəbləri isə Mərkəzi bankın faiz dərəcələrini lazımı qədər yüksəltməməsi və Ərdoğanın böyük bir ehtimalla qələbə qazana bilməyəcəyi diplomatik və iqtisadi müharibədə sərt şəkildə mübarizə aparmasıdır. Heç kim bu böhranın bitdiyinə inanmır. Türkiyənin Mərkəzi bankı faiz dərəcələrini lirəni qoruyacaq qədər sürətli şəkildə artırmır. Bu isə qanaxmanın yenidən başlayacağı anlamına gəlir", - yazıda bildirilib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31