Rus hərbçilər Ermənistanda qəzaya düşdü
16 Avqust 2018 13:41 DünyaErmənistanda Rusiya hərbi bazasının "ZİL 131" markalı hərbi yük maşını qəzaya uğrayıb.
Hadisə Şirak vilayətinin Artik şəhərində baş verib.
Ölkənin Fövqəladə Hallar Nazirliyindən yük avtomobilinin naməlum səbəblərdən aşdığı bildirilib.
Xilasedicilər Rusiya hərbçiləri Andrey Qrutikov və Artyom Kiryanova maşının yük yerindən çıxmağa yardım ediblər. Onlar ciddi xəsarət almadıqlarına görə xəstəxanaya aparılmayıblar.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31