Türkiyədəki böhran hakimiyyət əleyhdarlarının əl-qolunu açıb

Müxalifət Ərdoğana qarşı yeni cəbhədə birləşir?

İstənilən ölkənin iqtisadi və sosial həyatında baş verən xoşagəlməz tendensiyaların həmin ölkənin siyasi həyatına da təsiri danılmazdır. İstər İranda, istər bir neçə il əvvəl şimal qonşumuz Rusiya Federasiyasında, istərsə də hazırda Türkiyədə yaşananlar bunun əyani sübutudur. Düzdür, hazırda adlarını qeyd etdiyimiz hər üç ölkədə iqtisadi və sosial həyatda vəziyyət o qədər də sabit deyil, bu ölkələrin maliyyə bazarlarında xoşagəlmzə tendensiyalar yaşanır, onların milli valyutaları Amerika dolları qarşısında ciddi şəkildə dəyər itirərək ucuzlaşır. Amma görünən odur ki, iqtisadi və sosial həyatda baş verənlərin siyasi atmosferə təsiri daha çox Türkiyə və İranda özünü  büruzə verir. Onu da vurğulamaq lazımdır ki, Rusiyada da zamanında eyni proseslər yaşanıb və Moskva asanlıqla bu şoku atlata bilib. Ancaq Türkiyə və İranda hazırda yaranan iqtisadi və sosial çətinliklərdən dolayı müəyyən narazılıqlar müşahidə edilməkdədir. Müstəqil ekspert  Zeynal Əmralıyev qardaş Türkiyədə cərəyan edən proseslərə diqqət çəkərək bildirir ki, Türkiyədə baş verən iqdisadi böhran heç şübhəsiz hakimiyyətdən narazılığı da gücləndirir. Onun sözlərinə görə, Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğana qarşı bilinən müxalifətlə bərabər Ədalət və İnkişaf Partiyasının keçmiş üzvləri arasında, hətta hazırda  bu partiyaya üzv olanların içində də müxalifət mövcuddur: "Türkiyədən olan dosdlarımın bildirdiyinə görə ölkədə nədənsə son zamanlar Abdullah Gülün populyarlığı artmaqdadır. Böhrana sərt münasibət gösdərən və iqdidarın istefasını tələb edənlərin əksəriyyəti nədənsə ümidlərini Abdullah Gülə bağlayır. Bunu sosial şəbəkələrdəki statusdarda da görmək mümkündür. Abdulla Gülün özü də sosial şəbəkədəki fəallığını bir qədər artırıb. Onun bir müddət əvvəl Rəcəb Tayyib Ərdoğanla münasibəti gərgin olan keçmiş baş nazir Əhməd Davudoğlu ilə görüşdüyü barəsində də məlumatlar yayılmışdı. Eks prezidentin Səadət Partiyasının sədri Temel Karamollaoğlu ilə də sıx münasibətdə olduğu bilinən gərçəkdir". Ekspert qeyd edib ki,  Prezident Rəcəb Tayyib Ərdoğanın yeni sistemə geçişdən sonra partiya içindəki köhnə komandanı idarəçilikdən uzaqlaşdırması partiyada ona qarşı böyük bir narazılığın yaranmasına səbəb olub: "Bu il keçirilən prezident seçkilərində iştirakdan imtina əslində Abdulla Gül üçün düşünülmüş taktiki gediş idi. Çünki bu seçkilərə Rəcəb Tayyib Ərdoğan güclü bir şəkildə girmişdi və ənənəvi müxalifət 2 keçmiş dosdu qarşı-qarşıya qoymaq üçün əlindən gələni əsirgəmirdi. Bu isə Abdulla Gül üçün mənfi hal hesab oluna bilərdi. Rəcəb Tayyib Ərdoğan qarşısında birbaşa Abdulla Gülün məğlub olması isə keçmiş prezindetin siyasi iflasına səbəb olardı". Zeynal Əmralıyev onu da vurğulayıb ki, Türkiyənin payız aylarında iqdisadi böhrana düçar olacağı əvvəlcədən bilinən bir gərçək idi: "Seçkilərin hakimiyyət tərəfindən irəli çəkilməsi və seçki ərəfəsində Suriyada həyata keçirilən əməliyyatların bir səbəbi də iqdidarın səsini artırmağa yönəlmişdi. Rəcəb Tayyib Ərdoğan və AK Partiya bir yolla iqdidarda qala bildi. Ancaq böhran dərinləşdikcə narazılıq da artır. İqdisadiyyatın başında Rəcəb Tayyib Ərdoğanın kürəkəni Bərat Albayrakın durması isə narazılar arasında xüsusi bir qıcıq yaradır. Ola bilər ki, növbəti Prezident seçkilərinədək, hətta gələn il keçiriləcək Bələdiyyə seçkilərinə qədər Köhnə Komanda yeni siyasi birlikdə toplaşsın və bu biriliyin başına Abdullah Gül gətirilsin. Köhnə Komandanın onsuz da bir yerə gələcəyini bilən Karamollaoğlu isə onların yeni bir birlik əvəzinə öz keçmiş chr("39")chr("39")ana ocaqlarıchr("39")chr("39") olan "Səadət"də birləşməsi üçün əlindən gələni edir. Ancaq bu da bir qədər inandırıcı görünmür. Çünki onlar bir dəfə Milli Görüş köynəyini əyinlərindən çıxardıqlarını bildirmişdilər. Bu birlik ehtimal ki, bələdiyyə seçkiləri öncəsi meydana çıxsın". Ekspert deyib ki, Türkiyədə həqiqətən də sağ düşərgədə yeni bir siyasi hərakata ehtiyac var. AK Partiyaya qarşı müxalif olan sağ görüşlü insanlar CHP-ni dəstəkləməkdən imtina edir: "Gülün bu hərəkətləri bir növ keçən əsrin 50-ci illərində Türkiyənin keçmiş baş qərargah rəisi, marşal Fevzi Çakmak paşanın İsmət İnönüyə qarşı olan taktikini xatırladır. Qeyd edim ki,1938-ci ildə Atatürk vəfat etdikdən sonra CHP içindəki güclər başda dövrün baş naziri Cəlal Bayar olmaqla Marşalı prezident seçdirmək istəsələr də, o bundan qətiyyətlə imtina edərək keçmiş dava yoldaşına rəqib olmaqdan imtina edir. Ancaq maraqlıdır ki, daha sonra Çakmak paşa 1945-ci ldə vəzifəsindən istefa verərək hərbi formasını çıxartmış və seçkilərdə gözlənilməz şəkildə İnönüyə rəqib olmuşdu. Düzdü Marşal həmin zaman İnönü devirə bilmədi, ancq 5 il sonrakı seçkilər illərin İsmət paşasını Çankayadan Pəmbə köşkə köçməyə məcbur edəcəkdi. Gülün və onla həmfikir olanların bu işi gəçəkləşdirib-gərçəkləşdirməyəcəyi və ya Ərdoğanı hakimiyyətdən uzaqlaşdıra biləcəyini indidən demək isə çox çətindir.Çünki, Türkiyə siyasətində heç vaxt chr("39")chr("39")evdəki hesab bazarda tutmurchr("39")chr("39").

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31