General: "Rusiya ilə sərhədlərimizi bağlamalıyıq"
16 Avqust 2018 12:41 DünyaUkrayna Rusiya ilə sərhədini tamamilə bağlamalıdır.
Bu sözləri Ukrayna Təhlükəsizlik Xidmətinin Baş İdarəsinin keçmiş rəhbəri general-mayor Vasili Vovk deyib.
"Əgər biz dəmiryolu əlaqəsini bağlayacağıqsa, onda gəlin hər şeyi bağlayaq. Gəlin bütün münasibətləri ləğv edək, Rusiya Federasiyası ilə sərhəd yollarını bağlayaq. Əgər bizdə müharibə gedirsə belə də olmalıdır", - general bildirib.
General həmçinin Rusiya ilə maliyyə və ticarət əlaqələrini bloklamağa da çağırıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31