Terrorçular Kabildə Əfqanıstan ordusunun təlim mərkəzinə hücum edib
16 Avqust 2018 11:35 DünyaKabildə bir qrup naməlum silahlı şəxs Əfqanıstan Milli Ordusunun təlim mərkəzinin binasına hücum edib.
Bunu yerli Polis İdarəsindən bildiriblər.
Ölən və yaralananlar barədə hələlik məlumat verilməyib.
KİV-in yazdığına görə, ərazidə terrorçularla hökumət qüvələri arasında toqquşmalar baş verib.
Hələlik bölgədə fəaliyyət göstərən qruplaşmalardan heç biri hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31