Ankara və Moskva razılaşdı: viza rejimi qismən ləğv edilir

Türkiyə və Rusiya arasında vizaların qismən ləğvinə dair razılaşma əldə olunub.

Bu barədə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu bildirib.

O, türkiyəli iş adamları və dövlət məmurları üçün vizanın ləğvinə dair Moskva ilə razılaşdıqlarını, Qurban bayramından sonra isə birgə işçi qrupunun iclasının keçiriləcəyini və bu haqda müzakirələrin aparılacağını qeyd edib.

Çavuşoğlu iki ölkə arasında viza rejiminin tam aradan qaldırılmasında maraqlı olduqlarını da vurğulayıb.

Qaynarinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31