Türkiyədən ABŞ-a mühüm dəvət

Türkiyə bu gün Dünya Ticarət Təşkilatının keçirəcəyi iclasa ABŞ-a panel dəvəti göndərib.

Bunu ticarət naziri Ruhsar Pekcan deyib:

"ABŞ-ın 25% və 10%-lik vergiləri iki qat qaldırmasından sonra cavab addımı kimi Amerika məhsullarına əlavə gəlir vergimizi açıqladıq. Bu gün Dünya Ticarət Təşkilatında ABŞ-ı panelə dəvət etdik. Bununla da DTT-də proseduru başlatdıq. Bu gün bunu mütləq etməliydik. Çünki DTT ayda iki dəfə iclas keçirir. Bu dəvət bu gün edilməsəydi, daha 15 gün gözləməli idik".

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31