Ərdoğan və Merkel iqtisadi əlaqələri müzakirə ediblər
16 Avqust 2018 00:38 DünyaAvqustun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.
Telefon danışığı zamanı Ərdoğan və Merkel Türkiyənin xəzinədarlıq və maliyyə naziri ilə Almaniyanın maliyyə və iqtisadiyyat nazirləri arasında görüşün keçirilməsinə razılaşıblar. Tərəflər arasında ölkələr arasında münasibətlərlə yanaşı, Suriya məsələsinə də toxunulub.
Angela Merkel Türkiyə iqtisadiyyatının güclü olmasının Almaniya üçün önəmli olduğunu bildirib.
Liderlər eyni zamanda sentyabrın sonunda Berlində planlaşdırılan görüşə də toxunubular.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31