Almaniyada üçüncü cins rəsmən qanuniləşdirildi
15 Avqust 2018 23:06 DünyaAlmaniya hökuməti vətəndaş vəziyyətinin qeydiyyatı kitablarına üçüncü cinsin daxil edilməsi barədə sərəncam verib.
"Ölkə.Az" xəbər verir ki, bu barədə "Twitter"də ölkə DİN-i məlumat yayıb.
Düzəlişlərə əsasən, Almaniyada "kişi" və "qadın" cinsindən əlavə "interseksual" cins də olacaq.
Beləliklə, Almaniya hökuməti özünün hansı cinsə aid olduğunu müəyyən etməkdə çətinlik çəkən insanlara yardım etmək niyyətindədir.
Qeyd edilir ki, qanun layihəsi Almaniyanın Konstitusiya Məhkəməsinin qərarına uyğun olaraq hazırlanıb və indi Bundestaq buna münasibət bildirməlidir.
Dünyada "üçüncü cins" həmçinin Avstriyada, Avstraliyada, Yeni Zelandiyada, ABŞ-da, Kanadada, Hindistanda, Pakistanda və Nepalda tətbiq edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31