Rusiya Xəzər dənizində kompleks hərbi baza qurur – Şoyqu açıqladı

Rusiyanın Xəzər dənizində kompleks hərbi bazası qurulacaq.

Bunu Rusiyanın Müdafiə naziri Sergey Şoyqu deyib.

Şoyqu bildirib ki, Xəzər dənizində müasir hərbi bazanın qurulmasına ehtiyac var:

"Ən vacib məsələlərdən biri bölgədə gəmi təmiri müəssisələrinin tikilməsi və Xəzər donanmasının gəmilərinin saxlanılmasıyla bağlıdır. Bu məqsədlə 2017-ci ildə Həştərxan donanması Dağıstana - Mahaçqala limanına köçürüldü. İndi də donanmanın sistemlərinin təkmilləşdirilməsinə ehtiyac var.

Donanmanın təlim imkanları, təchizatı, sualtı təxribatara qarşı vasitələri gücləndirilməlidir".

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31