Zaxarovadan Türkiyə açıqlaması: "Hədəf Afina deyil"

Rusiya ilə Türkiyənin əməkdaşlığı üçüncü bir ölkəni hədəfə almağa yönəlməyib.

Bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O, Ankara ilə əməkdaşlığın hədəfinin Yunanıstan olmadığını bildirib:

"Rusiya hər hansı bir ölkə ilə başqa bir dövlətə qarşı dostluq etməz. Rus-türk əməkdaşlığı nümunəvi xarakter daşıyır və bu dəfə də mətbuatda aktiv şəkildə işıqlandırılır. Rus-türk əməkdaşlığı hər hansı üçüncü ölkəni hədəf seçməyib", - Zaxarova bildirib.

Xatırladaq ki, Yunanıstan XİN Rusiyanı "Türkiyənin silahdaşı" adlandırmışdı.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31