Səhiyyə Nazirliyinə etiraz edən vətəndaş hökumət evi binasını partlatmaqla hədələyib - Yerevanda
15 Avqust 2018 17:52 DünyaErmənistan paytaxtında Səhiyyə Nazirliyinə etiraz edən vətəndaş "911" xidmətinə zəng edərək hökumət evi binasında bomba yerləşdirdiyini bildirib.
Ermənistan FHN-in əməkdaşları dərhal hadisə yerinə gələrək hökumət evindəki insanları təxliyə ediblər. Aparılan araşdırmalardan sonra binada heç bir partlayıcı qurğunun aşkar edilmədiyi haqqında məlumat yayılıb.
Təxliyə olunan işçilərə psixoloji və tibbi yardım göstərilib, hökumət strukturlarının fəaliyyəti bərpa olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31