Əfqanıstanda daha bir partlayış törədildi
15 Avqust 2018 17:32 DünyaƏfqanıstanın paytaxtı Kabildə tədris müəssisəsi yaxınlığında partlayış törədilib.
Hadisə nəticəsində 10 nəfər həlak olub, 20 nəfər isə yaralanıb.
Partlayışı intiharçı terrorçunun törətdiyi bildirilir. Hələlik partlayışla əlaqədar məsuliyyəti üzərinə götürən olmayıb.
Qeyd edək ki, bu, gün ərzində Əfqanıstanda baş vermiş üçüncü partlayışdır. Səhər saatlarında müxtəlif əyalətlərdə baş vermiş partlayışlar 10 nəfərin həyatını aparıb.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31