Baxçalıdan Trampa: "Baş verənlər əxlaqsızlıqdır"
15 Avqust 2018 17:11 DünyaABŞ-ın prezident kürsüsündə hal-hazırda qalmaqallı və təcavüzkar bir şəxs oturub. Ağ Ev hökuməti tarazlıq və nəzarətdən uzaqlaşıb.
Bu sözləri mətbuat konfransında çıxış edən MHP sədri Dövlət Baxçalı deyib.
"Heç bir dəyər və ölçünü tanımırlar. Heç bir qaydanı veclərinə almırlar. İnsanlığın rahatlığını təhdid edirlər. ABŞ prezidenti və onun sağ-soluna yerləşmiş pul və sərmayə dəstələri Türkiyənin iqtisadi cəbhəsini məğlub etmək hədəfinə köklənib. Tramp müttəfiqliq hüququnu heçə sayıb. Baş verənlər tək kəlimə ilə utancvericidir. Üzqızardan bir ayıb və əxlaqsızlıqdır", - Baxçalı bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31