"ABŞ F-35-lərin Türkiyəyə təchizatından imtina edəcəyi təqdirdə, rəsmi Ankara hüquqi tədbirlər görəcək" - İbrahim Kalın

ABŞ beşinci nəsil F-35 qırıcılarının Türkiyəyə təchizatından imtina edəcəyi təqdirdə, rəsmi Ankara hüquqi tədbirlər görmək niyyətindədir.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi nümayəndəsi İbrahim Kalın Ankarada təşkil edilən mətbuat konfransında bildirib.

"Türkiyə yalnız F-35-i satınalan ölkə deyil, biz həm də bu layihədə iştirak edirik. Pilotlarımız artıq bu təyyarələri necə idarə etmək lazım olması ilə bağlı təlimlər keçir. Amma zərurət yaranarsa, hüquqi tədbirlərə əl atacağıq. Ümid edirəm ki, vəziyyət bura qədər gəlib çıxmayacaq", - İ.Kalın deyib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31