"ABŞ rolunun öhdəsindən gələ bilmədi" - Zaxarova

Özünün müstəsnalığını elan etmiş ABŞ "supermen" rolunun öhdəsindən gələ bilmədi.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"ABŞ-ın müstəsnalığı konsepsiyası uydurulmuşdu. Ancaq ABŞ sabitlik gətirə və tənzimləyə bilsəydi, çoxları bu konsepsiyanı qəbul edərdi. O, "supermen" rolunun öhdəsindən gələ bilmədi", - Zaxarova bildirib.

Onun sözlərinə görə, ABŞ xüsusi rolunu elan etmiş dövlət kimi qarşısında dayanan tapşırıqları yerinə yetirə bilməyib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31