Çavuşoğludan Ağ Evə sərt cavab: "Bir xain var və siz onu…"
15 Avqust 2018 15:21 DünyaABŞ və ya hər hansı bir ölkə sadəcə öz yaşadığı xəyal qırıqlığını düşünməməlidir.
Bu sözləri Ağ Evdən keşiş Bransonla bağlı verilən açıqlamaya münasibət bildirərkən Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
"Çevrilişə cəhd edən bir xain var və onu bəsləyirlər. Bizdən sənəd istəmələrinə ehtiyac yoxdur, ABŞ bunu onsuz da bilir", - Çavuşoğlu bildirib.
Xatırladaq ki, bir qədər əvvəl Ağ Evdən verilən açıqlamada ABŞ Prezidenti Donald Trampın keşiş Branson azadlığa buraxılmadığı üçün xəyal qırıqlığı yaşadığı qeyd olunmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31