İsraildə “Eurovision”un taleyi həll olundu

Gələn il İsraildə keçirilməsi nəzərdə tutulan "Eurovision"un taleyi son gündə həllini tapıb.

İsrailin "Kan" ictimai yayım korporasiyası Avropa Yayım Şurasına (EBU) 12 milyon avro zəmanət haqqını ödəyib ki, ölkədə "Eurovision-2019"-un keçirilməsinə razılıq verilsin.

Ödəniş EBU tərəfindən qoyulmuş müddətin son günündə, Maliyyə Nazirliyinin krediti hesabına həyata keçirilib.

Qeyd edək ki, girov məbləği ödənilmədiyi təqdirdə İsrail yarışı keçirmək hüququndan məhrum olacaqdı.

Xatırladaq ki, "Eurovision-2018"-in qalibi israilli müğənni Netta Barzilayolub.

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31