Cənubi Koreyadan Şimala birlik çağırışı

Cənubi Koreya prezidenti Mun Çey In Şimali Koreyaya nəqliyyat, energetika və iqtisadi sahələrdə əməkdaşlıq çağırışı edib.

Mun Çey In 1910-1945-ci illərdə Koreyanın Yaponiya müstəmləkəsi olduğu dövrləri diqqətə çatdıraraq iki Koreya ölkəsinin daimi sülh və iqtisadi cəmiyyət yaradabiləcəyini diqqətə çatdırıb:

"Siyasi birlik üçün uzun müddət lazımdır. Şimali və Cənubi Koreya arasında sülhün, sərbəst gediş-gəlişin, ortaq iqtisadi mühitin yaradılması bizim üçün həqiqi azadlıqdır".

Qeyd edək ki, Mun Çey In və Şimali Koreya lideri Kim Çen Inaprel ayında tarixi görüş keçirdilər. Sentyabrda onların Pxençanda növbəti görüşü gözlənilir.

aynarinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31