2,3 milyon insan Venesuelanı tərk edib
15 Avqust 2018 14:31 DünyaBMT Humanitar Məsələlər Üzrə Koordinasiya Ofisi iyun ayından bəri 2,3 milyon vətəndaşın Venesuelanı tərk etdiyini açıqlayıb.
32 milyon 800 min əhalisi olan Venesuelada iyun ayından bəri 2,3 milyon nəfər tərk edərək Kolumbiya, Ekvador, Peru, Braziliya kimi ölkələrə köçüb. İnsanlar aclıq, səhiyyədəki ciddi problemlərə görə ölkəni tərk edir.
Qeyd edək ki, ölkə iqtisadi böhrandan əziyyət çəkir və yoxsulluq səviyyəsi yüksəkdir.
Qaynarinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31