Ermənistanda partlayış şoku: 2000 nəfər…

Ermənistanda naməlum şəxs Fövqəladə Hallar Nazirliyinə zəng edərək, Səhiyyə Nazirliyinin binasını partladacağını deyib.

Bu barədə nazirliyin mətbuat xidmətindən informasiya yayılıb.

"Bu gün saat 11 radələrində naməlum şəxs "911" qaynar xəttinə zəng edərək, Səhiyyə Nazirliyinin binasını partlatmağa hazırlaşdığını bildirib", - FHN-dən bildirilib.

Hadisə yerinə dərhal FHN-in yanğınsöndürmə-xilasetmə xidmətinin hərbi birləşməsi, böhran vəziyyəti idarə edilməsi əməliyyat qrupu, çevik reaksiya dəstəsi və psixoloq göndərilib.

Hökumət binasının 3-cü korpusu təxliyə edilib. Təxliyə edilənlərin sayının 2000 nəfərə yaxın olduğu bildirilib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31