Türkiyə mediası da ABŞ-a meydan oxudu
15 Avqust 2018 14:19 DünyaABŞ əleyhinə başladılmış "ABŞ-a reklam vermə!" kampaniyasına "TürkMedya" da qoşulub.
Tərkibində "Akşam", "Güneş", "Star" qəzetləri, "24 TV", "360", "TV4" kanalları, "Alem", "Platin" jurnalları, "Lig Radyo", "Alem FM" və "TürkMedya Dijital" markalarını birləşdirən media holdinq ABŞ-da fəaliyyət göstərən təşkilatlara reklam verməyəcəyini açıqlayıb.
"TürkMedya" həmişə olduğu kimi, ABŞ-ın elan etdiyi iqtisadi müharibədə də dövlətin və millətin yanında olduğunu göstərərək kampaniyaya dəstək verib.
Qeyd edək ki, sosial mediada məşhurlaşmış "ABŞ-a reklam vermə!" kampaniyasına Türk Hava Yolları və Türk Telekom da qatılıb.
AzNews.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31