Qırğızıstanda 12 nəfər Sibir xorası şübhəsi ilə xəstəxanaya yerləşdirilib
15 Avqust 2018 14:11 DünyaQırğızıstanda 12 nəfər Sibir xorası şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Həmin şəxslərin məhz bu xəstəliyə tutulması laboratoriya müayinəsindən sonra məlum olacaq.
Qırğızıstanın Səhiyyə Nazirliyinin məlumatına əsasən, onların profilaktik müalicəsi davam etdirlir.
Qeyd edək ki, bu ilin iyun ayında Qırğızıstanda xəstə heyvanın ətinin kəsilməsində iştirak etmiş 11 nəfərdə Sibir xorası aşkar edilmişdi.
Son on il ərzində isə ölkədə 190 Sibir xorasına yoluxma halı qeydə alınıb.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31