Gözlənilməz qərar - Muraddan Aslıya evlilik təklifi
15 Avqust 2018 14:09 DünyaMurat Boz və Aslı Enverin yenidən bir araya gələcəyi haqda xəbərlər gündəmdən düşmür.
Ayrılığa peşman olan Boz keçmiş sevgilisini geri qaytarmaq üçün əlindən gələni edir. Elə buna görə də Murad Aslıya evlilik təklifi edib.
Müğənni 4 ay əvvəl bitən münasibətini bərpa etmək üçün bir aydır əldən-ayaqdan gedir. Onları barışdırmaq üçün "TV 8"in rəhbəri Acun İlıcalı da çalışır.
2,5 il eşq yaşadığı Muraddan gələn evlilik təklifinə Aslı çox təəccüblənib. Aktrisa cavab üçün bir müddət fikirləşmək istədiyini deyib. Ayrılığa 4 aydan artıq dözə bilməyən cütlüyün barışmasını ən çox istəyən isə Muradın anası Nedret Bozdur.
Axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31