Əfqanıstanda 2 partlayış - 10 ölü
15 Avqust 2018 13:40 DünyaƏfqanıstanda baş vermiş iki ayrı partlayış nəticəsində azı 10 nəfər həlak olub.
Ölkənin şərqindəki Laqman əyalətində uşaqlar tapdığı partlayıcı qurğu ilə oynamağa başlayanda partlayış baş verib. Nəticədə altı uşaq həlak olub.
Digər partlayış isə Əfqanıstanın cənubundakı Zabul əyalətində baş verib. Burada avtomobilin minanın üzərinə çıxması nəticəsində 4 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31