Yunanıstan səfiri Rusiyanı tərk edir

Yunanıstanın Rusiyadan geri çağırılan səfiri Andreas Friqanas Moskvadan payızda, çox güman, sentyabr ayının sonlarında ayrılacaq.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Səfirin Yunanıstana qayıdacağı tarix hələ dəqiq bilinmir. O, çox güman, Rusiyanı sentyabr ayının sonlarında tərk edəcək", - yunanıstanlı diplomatik mənbə agentliyə deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31