Moldova MDB Elektrik Enerjisi Şurasından çıxır
15 Avqust 2018 13:00 DünyaMoldova Azərbaycanın da təmsil olunduğu MDB Elektrik Enerjisi Şurasından çıxacağını açıqlayıb.
Moldovanın İqtisadiyyat və İnfrastruktur Nazirliyi "MDB üzvləri arasında elektrik enerji sahəsində əlaqələrin koordinasiyası barədə sazişin" ölkə üçün qüvvədən düşdüyünü bəyan edib.
Nazirlik bəyan edib ki, Moldova elektrik enerjisi şəbəkəsini Rumıniya ilə birləşdirmək niyyətindədir, buna görə də müvafiq saziş ölkənin maraqlarına daha cavab vermir.
Xatırladaq ki, həmin saziş 14 fevral 1992-ci ili tarixində imzalanıb.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31