Koreya yarımadasında xüsusi zona yaradılır

Şimali və Cənubi Koreya sərhəd bölgələrində birgə xüsusi iqtisadi zona yarada bilərlər.

Bu sözləri Cənubi Koreya Prezidenti Mun Çje İn deyib.

"Gərginlik azalacağı və sülh əldə olunacağı təqdirdə sərhəddəki Kyonqido və Kanvodno ərazilərində birgə xüsusi iqtisadi zona yaradılacaq", - prezident bildirib.

Onun sözlərinə görə, bu addım bir çox iş yerlərinin açılmasına səbəb olacaq və bölgənin regional inkişafına təkan verəcək.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31