Qədim Urartunun ilk ayaq izi tapıldı

Türkiyənin Van vilayətindəki Van qalası ətrafında aparılan arxeoloji qazıntılar zamanı urartuluların ayaq izinə rast gəlinib.

Qazıntılara rəhbərlik edən Erkan Konyar bu kəşfdən çox həyəcanlandıqlarını və sevindiklərini bildirib.

Urartu Krallığının paytaxtı olan Tuşpanın mərkəzi sayılan Van qalası 3 min ildir ki, tarixə şahidlik edir.

Alimlər məsələ ilə bağlı deyiblər:

"Urartu evləri daş bünövrə üzərinə kərpiclə hörülmüş divarlardan ibarətdir. Ehtimal edirik ki, bir urartulunun evinin inşası zamanı yaş kərpicə ayaqla toxunduğu üçün izi qalıb. Təxminən 13-15 yaşlı bir uşağa aid ayaq izidir".


Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31