Türkiyə yunan əsgərləri azadlığa buraxdı
Martın 1-də Ədirnədə qadağan olunmuş hərbi ərazidə tutulan Yunanıstan ordusunun 2 əsgəri azadlığa buraxılıb.
15 Avqust 2018 12:07 DünyaMartın 1-də Ədirnədə qadağan olunmuş hərbi ərazidə tutulan Yunanıstan ordusunun 2 əsgəri azadlığa buraxılıb.
Aqqelos Mitretodislə Dimitros Kouklatzis məhkəmə zamanı sərhədi səhvən keçdiklərini bildiriblər. Hakimlər əsgərlərin sərbəst buraxılmasına qərar verib.
Yunanıstanın baş naziri Aleksis Çipras sosial şəbəkə vasitəsilə əsgərlərin azad olunmasına görə Türkiyə hökumətinə təşəkkürünü bildirib.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31