"Tramp buna görə məyusdur" - Ağ Evin sözçüsü
15 Avqust 2018 12:02 Dünya"Prezident Donald Tramp rahib Bransonun sərbəst buraxılmaması üçün böyük bir məyusluq içərisindədir".
Bunu Ağ evin sözçüsü Sarah Sanders jurnalistlərə açıqlamasında qeyd edib. O, ABŞ Türkiyə ilə bağlı yeni bir siyasi qərarının olmadığını bildirib.
Qeyd edək ki, Branson 2016-cı ildə Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd edən Fətullahçı Terror Təşkilatına (FETÖ) dəstək verməkdə ittiham edilərək həbs olunub.
2 ildən çoxdur rəsmi Ankara keşişin ABŞ-a ekstradisiya edilməsi ilə bağlı Vaşinqtonun tələblərini geri çevirir.
Türkiyə hökumətinin bu addımına cavab olaraq, ABŞ qarşı tərəfə sanksiyalar tətbiq etməyə başlayıb
(Teleqraf.com)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31