Yunanıstanda yanğınlar: Ölənlərin sayı 96-ya çatdı
15 Avqust 2018 11:37 DünyaYunanıstanda yanğınlar nəticəsində ölənlərin sayı 96-ya çatıb.
Bu barədə ölkənin yanğınsöndürmə xidmətindən bildiriblər.
Məlumata əsasən, bu gün xəsarət alanlardan biri xəstəxanada dünyasını dəyişib. Ümumilikdə xəstəxanalarda yanğında xəsarət alan 13 nəfər həlak olub.
Bundan əlavə, xəstəxanalarda yanğınlarda 29 xəsarət alan qalır.
Qeyd edək ki, Yunanıstanda iyulun 23-ü bir neçə iri yanğın baş verib. Havanın çox isti olması və güclü külək yanğınsöndürənlərə yanğını söndürməyə imkan verməyib.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31